06 may 2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsində məhkəmə istifadəçiləri və vəkillər üçün məmnuniyyət sorğularının keçirilməsinə başlanılıb.
Bu barədə e-huquq.az-a məhkəmədən məlumat verilib.
Bildirilib ki, sorğuda vətəndaşlar məhkəmə barədə düşüncələrini və təkliflərini bildirə bilər. Sorğu anonim keçirilir və vətəndaşın hər hansı fərdi məlumatları tələb olunmur. Sorğular tələb edilən məlumatlar doldurulduqdan sonra qapalı qutulara atılır və sonda nəticələrin ümumiləşdirilməsi nəzərdə tutulmuşdur.
Sorğuların keçirilməsinə məhkəmədə könüllü qaydada fəaliyyət göstərən tələbələr cəlb edilib.
Məhkəmə vətəndaşları sorğuda iştiraka dəvət edir və hər birinin fikirlərinin gələcəkdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində istifadə olunacağını diqqətə çatdırır.
