Milli Məhkəmə Müsabiqəsinin XI buraxılışının yarımfinalı keçirilib - FOTO


  • 16 May 2022 10:42

Mayın 14-də Bakı Apellyasiya Məhkəməsində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən Milli Məhkəmə Müsabiqəsinin XI buraxılışının 1/2 final mərhələsi keçirilib.

E-huquq.az xəbər verir ki, müsabiqənin 1/2 final mərhələsində 4 komanda yarışıb və onlardan ikisi (De Facto Force və Gold Boys) uğur qazanaraq növbəti mərhələyə keçib.

Səhnələşdirilmiş Məhkəmə Proseslərinə hakimliyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Əliyeva Elvina, Məmişov Anar, Əlizadə Rahim və Piriyev Vəfadar edib.

Qeyd edək ki, müsabiqədə iştirak etməklə tələbələr müvafiq sahələr üzrə nəzəri biliklərini praktiki cəhətdən təkmilləşdirmək, yerli qanunvericiliyi daha dərindən mənimsəmək, mövcud hüquq normalarını müqayisəli şəkildə təhlil və analiz etmək şansı əldə etməkdən əlavə, Müsabiqənin sonunda müvafiq pul mükafatları və təcrübə imkanı əldə edirlər.

Oxşar xəbərlər