Hakimliyə namizədlərlə test imtahanının vaxtı açıqlandı


  • 16 May 13:40

Hakimliyə namizəd olan 200-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini təqdim edib.

E-huquq.az xəbər verir ki, bu barədə Hakimlərin Seçki Komitəsi məlumat yayıb.

Bildirilib ki, həmin namizədlərlə test imtahanı cari ilin iyun ayının 8-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək. (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28).

Növbəti müsabiqə üçün sənədlərin qəbulu isə fasiləsiz davam edir. Həmçinin, namizədlərə xatırladılır ki, test imtahanı DİM tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçirilir.

Namizədlərin rahatlığı üçün imtahana görə ödənişin aparılması və “İmtahana buraxılış vərəqəsi”nin əldə olunması DİM tərəfindən may ayının 25-dən etibarən dim.gov.az saytı vasitəsilə həyata keçiriləcəkdir. Müsabiqə ilə bağlı “Yaddaş Kitabçası” isə Məhkəmə-Hüquq Şurasının jlc.gov.az saytından əldə edilə bilər.

Oxşar xəbərlər