- 8 May 21:45
Bakı Apellyasiya Məhkəməsinin Rəyasət Heyətinin iclasında Səbail Rayon Məhkəməsinə bir sıra tövsiyələr verilib.
E-huquq.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Həsən Əhmədov Səbail Rayon Məhkəməsi tərəfindən 2021-ci ilin ikinci yarımilliyində cinayət, cinayət-prosessual və inzibati xəta haqqında qanunvericiliyə uyğun olaraq baxılmış işlər üzrə yekun məhkəmə aktlarının apellyasiya qaydasında ləğv olunması və dəyişdirilməsi barədə statistik məlumatları təqdim edib.
O, həmçinin həmin kateqoriya işlər üzrə yol verilmiş xarakterik pozuntulara və nöqsanlara toxunaraq, təcrübədə tez-tez rast gəlinən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə icraat aparılan işlər üzrə hərtərəfli araşdırmanın təmin edilmədiyini xüsusilə vurğulayıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə görə məsuliyyəti nəzərdə tutur.