Məzmuna keç

Parlamentin komitə sədri: “Məhkəmələr ailə məsələləri ilə bağlı düzgün qərarlar qəbul etmir”

"Məhkəmələrdə bir çox hallarda düzgün qərarlar qəbul edilmir. Əslində mənfi fikirlər səsləndirmək istəmirəm. Lakin ailə məsələləri sona qədər araşdırılmır".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 18 İyun – İnsan hüquqları günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində “Ailə-nikah münasibətlərinin inkişafı: çağırışlar, islahatlar, perspektivlər” mövzusunda keçirilən ictimai müzakirə zamanı deyib.

O bildirib ki, məhkəmələrdə ailə məsələlərinin araşdırılması ilə bağlı xüsusi hakimlər olmalıdır: "Çünki bu sahədə xüsusi mütəxəssislərə ehtiyac var. Ona görə məhz ailə məsələlərinə baxan xüsusi hakimlər olmalıdır”.

H. Hüseynova polis orqanlarına qadın işçilərin cəlb olunmasının vacibliyini də vurğulayıb.

Mənbə: APA