- 13 İyun 12:38
Nərimanov Rayon Məhkəməsi 01 may - 31 may 2022-ci il tarixə baxılan işlər üzrə icmalı təqdim edib.
Məhkəmədən e-huquq.az-a verilən məlumata görə, may ayı ərzində Nərimanov Rayon Məhkəməsinin icraatına Ümumi 1129 iş daxil olub. Daxil olan işlərdən 46-sı cinayət işi, 1-i xüsusi ittiham qaydasında baxılan, 2-si məhkəməyədək sadələşdirilmiş icraat materialıdır. Məhkəməyə may ayı ərzində 349 mülki iş daxil olmuş, onlardan 116 iş sadələşdirilmiş icraat qaydasında, 16-sı xüsusi icraat qaydasında, 2-si əmr icraatı qaydasında və 215 iş iddia icraatı qaydasında verilib.
İnzibati xətalar üzrə 340 iş daxil olmuşdur. 119 prosessual məcburiyyət tədbirinin tətbiqi barədə və 142 əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə təqdimat daxil olub. Cinayət prosesinini həyata keçirən orqanın prosessual hərəkətlərindən və qərarlarından məhkəməyə verilmiş şikayətlər kateqoriyası üzrə ay ərzində 19 iş daxil olub. 18 iş hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası kateqoriyasına aiddir. Məhkəmə qətnamələrinin (qərarlarının) icrası üzrə 54 yeni iş daxil olub. Müvəqqəti təminat tədbirləri (MTT) üzrə 41 iş olub.
Nərimanov Rayon Məhkəməsində may ayı ərzində 30 cinayət işinə baxılaraq ittihamedici hökm çıxarılıb. 7 cinayət işi üzrə icraata xitam verilib və 1 cinayət işi üzrə bəraətverici hökm oxunub.
2022-ci ilin may ayı ərzində 331 mülki işə mahiyyəti üzrə baxılmış və qətnamə çıxarılıb. Onlardan 307 iş üzrə iddia tələbi təmin edilib, 10 iş üzrə iddia tələbi qismən təmin və 14 iş üzrə iddia tələbi isə rədd edilib.