"İnsan hüquqları və azadlıqlarının müdafiəsi hər zaman Azərbaycan dövlətinin ən ümdə məqsədlərindən biri olub".
E-huquq.az-ın məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev "İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqi: Hüquqi aspektlər və çağırışlar" mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.
Sədr qeyd edib ki, insan və vətəndaş hüquqlarının təmini mexanizmi kimi ilk növbədə Azərbaycan Respublikasının məhkəmələri çıxış edir. Bu səbəbdən məhkəmələrin fəaliyyətlərinin ədalətli və səmərəli, cəmiyyətin və dövlətin demokratikliyini, inmsan hüquq azadlıqlarının müdafisəi və təmininin qiymətləndiriməsinin meyarlarından biri kimi qəbul edilir.
"Güclü və müstəqil məhkəmə hakimiyyəti həmin dəyərlərin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Müstəqillik illərində ölkəmizdə məhkəmə-hüquq sahəsində istər qanunvericilik, istər inzibatçılıq baxımından müntəzəm olaraq ialahatlar aparılıb və bu islahatlar bu gün də davam etdirilir. Azərbaycan Respublikasının dövlət siyasətində universal və regional xarakterli beynəlxalq təşkilatlara daxil olması və çoxsaylı beynəlxalq müqavilələrə qoşulması prioritet məslələrdən birini təşkil edir. Bu istiqamətdə aparılan dövlət siyasətində Avropa Şurası və onun orqanları ilə Azərbaycan Respublikasının əlaqələri xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Avropa Şurası ilə bir çox sahələrdə, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlıq edir. Azərbaycan hələ Avropa Şurasına üzvlük çərçivəsində ölkə qanunvericilik bazasının müasirləşdirilməsi istiqamətinsə ardıcıl addımlar atılıb. 2001-ci ildə Azərbaycan Respublikası İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasına qoşulduğu andan ölkəmiz konvensiya və Avropa Məhkəməsinin qərarlarının yeni yanaşmasının formalaşması üzrə fəal proses başlamışdır ki, bu da öz növbəsində nəinki məhkəmə sisteminə, həmçinin bütövlükdə tədricən və ardıcıl olaraq Avropa Şurasının standartlarına yaxılmaşmaqda olan qanunvericiliyin inkişafına da müsbət təsir göstərib. Qeyd edilən Konvensiya və Avropa Məhkəməsinin qərarlarının dövlətin hüquq mədəniyyətinə təsiri danılmazdır. Hüququn aliliyi, qanunvericilik, ağlabatanlıq, törədilmiş əmələ mütənasib cəza təyini və prosesual hüquqlar kimi təməl anlayışlar artıq məhkəmə təcrübəsi fəaliyyətində əsaslı şəkildə özünə layiq olduğu yeri təmin edib.
Bu qabaqcıl meyil və istiqamət həmçinin respublikada həyata keçirlən hüquqi islahatlarda yaxından iştirak edən Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən də diqqətdən kənarda saxlanılmayıb. Azərbaycan Respublikası İnsan Hüquqlarının və azadlıqlarının haqqında konvensiyanın iştitrakçısı və ratifikasiya edən dövlət kimi konvenisyanın və onun əlavə protokollarının tətbiqi və təsiri məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyıb. Bu isə o deməkdir ki, ölkəmizdə insan hüquqları üzrə Avropa Məhkəmməsinin presedent hüququ konvensiyanın tərkib hissəsi kimi qəbul edilib və hüquq tətbiqinin təcrübəsində rəhbər tutulur".
R. Rzayev bildirib ki, insan hüquq və azadlıqlarının qorunması ölkə başçısı cənab Prezident İlham Əliyevin də daim diqqətindədir: "Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi il bağlı tədbirlərinə dair 19 yanvar 20056-cı il tarixli Fərmanında Azərbaycan Respublikası Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin tətbiq etmələri və məhkəmə təcrübəsini nəzərə almaları tövsiyə edilib. Azərbayca Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdaifəsi üzrə milli fəaliyyət planının təsdiq edilməsi haqqında" sərəncamda da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və Ali Məhkəməyə insan hüquqlarının müdafisəini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etmək tövsiyə edilib. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının müddəlarını və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentini tətbiq edilməsi haqqında 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qararında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəlarını da rəhbər tutmalı, bu zaman Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər".
Sədr Azərbaycanın məhkəmə sahəsində Avropa Şurasına üzv dövlətlərlə əməkdaşlığa da önəm verdiyini vurğulayıb. Ramiz Rzayev eyni zamanda deyib ki, Azərbaycan Avropa Məhkəməsinin qəraralarına hörmətlə yanaşaraq onların icra edilməsi üçün zəruri tədbirlər həyata keçirir: "Bildiyiniz kimi, milli qanunvericilik Azərbaycan Respublikası Ali Məhkəməsinin üzərinə Avropa Məhkəməsinin ölkə ilə bağlı qərarlarından sonra milli məhkəmələrin qərarlarına yenidən baxılmasını həyata keçirmək vəzifəsini qoyur. Biz bu və ya digər qərarın nəzərdən keçirilməsini ölkə qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin təhlili ilə müşayiət olunması məhkəmələrin təkrar səhvlərinin istisna olunması üçün Avropa Məhkəməsinin qərarlarına yaradıcı yanaşmağa, xüsusi diqqətlə öyrənilməsinə çalışırıq. Bu istiqamətdə Ali Məhkəmədə mütəmadi olaraq Avropa Məhkəməsinin təcrübəsi araşdırılır. Qərarlar tərcümə edilir, seminarlar, müzakirələr aparılır. Müzakirə edilən mövzular aşağı instansiya məhkəmələrinə çatdırılması təmin edilir. Azərbaycan Respublikası konvensiyası sistemində sabitliyin göstəricilərindən biri də ölkəmizin 2020-ci ildə Konvensiyanın 16 saylı protokolu imzalamasıdır. Hakimlər arasında dialoq qurulması baxımından vacib olan bu protokol imkan verir ki, üzv ölkələrin məhkəmələri İnsan hüquqlarına dair Konvensiyanın şərhi və tətbiqi ilə əlaqədar Avropa Məhkəməsinə məsləhətçi rəylər üçün müraciət etsinlər. Bir çox dövlətlər məsləhətçi rəylər ehtimalına açıq olmanın yaxşı fikir olub-olmamasına tərəddüdlə yanaşırlar. Lakin Azərbaycan dövləti bu protokola tərəddüd etmədən qoşuldu. Ümid edirik ki, bu protokol məsləhət almaq üçün ölkəmizdə insan hüquqarının müdafiəsinə əlavə töhfə verəcək. Ümumiyyətlə, qeyd olunmalıdır ki, ötən 20 il ərzində Avropa Məhkəməsi Azərbaycanla bağlı 240-dan çox qərar qəbul edib ki, bu qərarlar da Avropa Konvensiyası müddəlarının pozulması ilə müəyyən edilib. Bu ölkə əhalisinin sayına nisbətdə heç də böyük rəqəm deyil. Əlbəttə dövlətə qarşı mümkün qədər az sayda qərarların çıxarılması daha arzuolunandır. Biz buna nail olmaq üçün milli məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işləri davam etdiirirk. Azərbaycan hər zaman Avropa Məhkəməsinin qəraralarına hörmətlə yanaşaraq onların icra edilməsi üçün zəruru tədbirlər həyata keçirir. Bu konteksdə qeyd edillməlidir ki, Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla onlarla yeni qərarlar qəbul edilib".
Etibar Məmmədli
