Məzmuna keç

Hakimlərin Seçki Komitəsi məlumat yaydı

Test üsulu, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 46 nəfər hakimliyə namizədlə ilkin tədris kursu başa çatıb.

Hakimlərin Seçki Komitəsindən e-huquq.az-a verilən məlumata görə, həmin namizədlərlə tədrisin nəticələri üzrə yazılı imtahan iyun ayının 28-də, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) təşkil ediləcək.

Namizədlər hüquqi kazus üzrə məhkəmə qərarlarının layihəsini tərtib etmək bacarıqlarını nümayiş etdirəcəklər. Bu məqsədlə onlar mülki, mülki-prosessual, cinayət və cinayət prosessual məcəllələri və digər aidiyyəti vəsaitləri istifadə üçün özləri ilə gətirə bilərlər (elektron vasitələr istisna olmaqla).

İmtahan yerinə saat 10:00-dan etibarən gəlmək tövsiyə olunur. İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər.