Məzmuna keç

Ötən il məhkəmələrdə 89 iş bəraətlə nəticələnib

Ötən il məhkəmələrdə 12 539 cinayət işinə baxılıb, 89 iş bəraətlə nəticələnib

"Ötən il Azərbaycan məhkəmələrində 246 920 işə baxılıb ki, bu işlərdən 17 307-ni inzibati, 5000-ni iqtisadi işlər təşkil edib".

E-huquq.az ONA-ya istinadən xəbər verir ki, bunu Birinci Vitse-prezidentin köməkçisi Gündüz Kərimov məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi zamanı deyib. O qeyd edib ki, 2018-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələrində 12 539 cinayət işinə baxılıb, bunlardan 10 172-si ittiham hökmü, 89-u isə bəraətlə nəticələnib.