Məzmuna keç

Azərbaycanda 9 hakim intizam məsuliyyətinə cəlb olundu

Qanunvericiliyin tələblərinin pozulmasına, vətəndaşların haqlı narazılığını doğuran nöqsanlara görə 9 hakim intizam məsuliyyətinə cəlb olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında bildirilib.

Bunlardan 3-ü apellyasiya məhkəməsinin, 6-sı isə birinci instansiya məhkəmələrinin hakimidir.

Həmin hakimlərin adları açıqlanmayıb.