“Qonşu ölkədə yayılan məlumata görə, Avropa Məhkəməsi Azərbaycana sabaha qədər vaxt verib ki, Ermənistanın növbəti sorğusuna cavab versin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bizə göndərdiyi məktubda 1 dənə də sual vermədən, ermənilərin məlumatına cavabın ayın 19-u saat 19-dək verilməsini xahiş edir".
E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmə sədrinin müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov tviterdə bildirib.
O qeyd edib ki, Ermənistanın növbəti sorğusuna tam obyektiv cavab İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim ediləcək: "Bundan sonra, göndərdiyimiz məlumat Ermənistana ötürüləcək. Yəni, proses gedir. Şübhəsiz, tam obyektiv məlumat İHAM-a təqdim ediləcəkdir. Azərbaycan hər zaman öz öhdəliklərinə sadiqdir”.
