Məzmuna keç

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə yeni dövlətlərarası şikayət təqdim etdi

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) yeni dövlətlərarası şikayət təqdim edib.

E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmə sədrinin müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov "Twitter" səhifəsində bildirib.

Onun sözlərinə görə, şikayətdə 2022-ci il may-avqust aylarında Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülklərinin məhv edilməsinə görə, Ermənistanın məsuliyyət daşımasına dair faktlar təqdim edilib.