21.10.2026
Bakı Apellyasiya Məhkəməsinə 12 hakim təyin edilir –
Məhkəmə

Bakı Apellyasiya Məhkəməsinə 12 hakim təyin edilir –

Dek 21, 2022

Bakı Apellyasiya Məhkəməsinə 12 hakim təyin edilir.

E-huquq.az-ın xəbərinə görə, “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” layihəyə əsasən aşağıdakı şəxslər Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilir:

– Allahverdiyev Elbəy Hidayət oğlu – Bakı Hərbi Məhkəməsinin hakimi;

– Hüseynov Pərviz Aktiv oğlu – Bakı İnzibati Məhkəməsinin hakimi;

– Qasımov Fərrux Hüseynağa oğlu – Bakı Kommersiya Məhkəməsinin hakimi;

– Abdıyev Fuad Vilayət oğlu – Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi;

– Rüstəmli Məhəmməd Əli oğlu – Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi;

– Bəhrəmzadə Sabit Xanlar oğlu – Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi;

– Musayeva Cəmilə Ceyhun qızı – Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;

– Səmədov Rəşid Əfraim oğlu – Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;

– İbrahimov Anar Firdovsi oğlu – Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi;

– Axundova Günay Təyar qızı – Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi;

– Əyyubov Fərid İlham oğlu – Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi;

Hakimlik səlahiyyətinin müddəti 2023-cü il yanvarın 2-də başa çatan İlham Məmməd oğlu Cəfərov da həmin tarixdən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.