Naxçıvan Ali Məhkəməsinə iki yeni hakim təyin ediləcək
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə iki yeni hakim təyin ediləcək.
E-huquq.az-ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələdə əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respubliaksının Ağır Cinayətlər Məhkəməsinin hakimi Bəylərli Səxavət Şahhüseyh oğlu və Naxçıvan Muxtar Respubliaksının İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

