- 8 May 21:45
Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin olunacaq.
E-huquq.az-ın xəbərinə görə, bu barədə məsələlər bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Belə ki, “Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihəyə görə, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafiq Musa oğlu Cəfərovun həmin məhkəmənin vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Turab oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.
“Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” layihəyə əsasən, Şəki Apelyasiya Məhkəməsinin hakimi Ayaz Akif oğlu Mahmudovun həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin olunacaqlar:
- Rəhimli Lalə Elxan qızı – Bakı şəhər Xətai rayon məhkəməsinin hakimi;
- Cabbarova Gülnar İnqilab qızı - Bakı şəhər Qaradağ rayon məhkəməsinin hakimi;
- İsmayılov Azər İbrahim oğlu - Sumqayıt şəhər məhkəməsinin hakimi;
- Süleymanova Almaz Məhərrəm qızı - Sumqayıt şəhər məhkəməsinin hakimi;
Vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar aşağıdakı hakimlər Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsindən azad ediləcəklər:
- Quliyev Telman Osman oğlu (Mülki Kollegiyanın sədri);
- Tağızadə Gülnarə Fikrət qızı.
“Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” layihəyə əsasən, aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcəklər:
- Səmədov Xaqani Hacı oğlu – Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi;
- Mehdiyev Elçin Məhəmməd oğlu – Şəki rayon Məhkəməsinin hakimi
Həmçinin, layihəyə görə, Gündüz Qasım oğlu Abbasov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək.
“Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” layihəyə görə, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elçin İsgəndər oğlu Xasmməmmədov həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.
Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcəklər:
- Həsənov Samir Firdusi oğlu – Şirvan İnzibati Məhkəməsinin hakimi;
- Əhmədov Pərviz Tərlan oğlu – Biləsuvar rayon Məhkəməsinin hakimi;
- İmanov Cahid Fehruz oğlu – Şəki Rayon Məhkəməsinin hakimi;
Həmçinin, layihəyə əsasən, vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar aşağıdakı hakimlərin Şirvan Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsindən azad ediləcəklər:
- Mirzəyev Nüsrət Fətulla oğlu
- Zeynalov Zeynal Ağabala oğlu.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.