Azərbaycanda təqsirləndirilən şəxs məhkəmə zalında vəfat edib.
E-huquq.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat verib.
O bildirib ki, hüquqlarını müdafiə etdiyi Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat edib.
Hadisə Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən Şəmil Qədimovun ürək tutmasından dünyasını dəyişib.

