Məzmuna keç

Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücüyə bəraət verdi

Bu gün Yasamal Rayon Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kazım Zərbiyev və Vəli Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Kazım Zərbiyevin vəkili Əli Hüseynovun e-huquq.az-a verdiyi məlumata görə, müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığı üçün məhkəmə ona bəraət verib.

K.Zərbiyevə Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tam bəraət verilib.

Digər təqsirləndirilən şəxs Vəli Qasımov isə 5 il 1 ay azadlıq məhrum edilib.

Qeyd edək ki, hadisə 2021-ci il avqust 7-də Yasamal rayonunda baş verib. Belə ki, sürücü Vəli Qasımov idarə etdiyi avtomobillə 13 yaşlı Nurlan Baxışovu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.