Məzmuna keç

“Qanunsuz təsirlərə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi ədalətli qərar qəbul etdi”

apellyasiya

Bakı Apellyasiya Məhkəməsində Fərqanə Məmmədovanın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mamalıq və Ginekologiya İnstitutuna qarşı iddiası əsasında məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə e-huquq.az-a iddiaçının özü məlumat verib.

Onun sözlərinə görə, hakim Xumar Mərdanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Fərqanə Məmmədovanın apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin Mamalıq və Ginekologiya İnstitutuna xeyrinə çıxardığı qətnamə ləğv edilib. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

"Mən 1988-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mamalıq və Ginekologiya İnstitutuna işə qəbul edilmişəm. İşlədiyim müddət ərzində intizam məsuliyyətinə cəlb edilməmişəm. Lakin heç bir əsas olmadan 2021-ci il tarixdə başqa şöbəyə işə keçirilmişəm. 2022-ci ildə isə əmək müqaviləmə xitam verilib. Mən işə pərba olunmağımla bağlı məhkəməyə müraciət etdim. Nizami Rayon Məhkəməsi iddamı təmin etmədi. Ona görə də apellyasiya şikayəti verdim. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Xumar Mərdanova şikayətə baxaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib mənim işə bərpa edilməyim barədə qətnamə qəbul etdi. Qanunsuz təsirlərə baxmayaraq, ədalətli qərar çıxardığına, mənim pozulmuş hüququmu bərpa etdiyinə görə işə baxan tərkibə, həmçinin Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova dərin təşəkkürümü bildirirəm", – deyə F.Məmmədova qeyd edib.