Bakı Ağır Cinayətlər Məhkəməsində vəkillər üçün xüsusi otaq hazırlanacaq.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə məhkəmənin sədri İsmayıl Xəlilov göstəriş verib.
Qeyd edək ki, sözügedən məhkəmədə yaxın zamanda “Çağrı Mərkəzi”nin yaradılması da nəzərdə tutulur.
Xatırladaq ki, ötən ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni sədr təyin olunub. Belə ki, Prezident İlham Əliyevin 2022-ci ilin dekabrın 28-də imzaladığı sərəncamla İsmayıl Kamil oğlu Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.
Xəyalə Bünyatova
