Konstitusiya Məhkəməsi kommersiya, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı qərarını açıqlayıb.
E-huquq.az xəbər verir ki, Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Prosessual Məcəllənin bir sıra maddələrilə bağlı müraciətinə baxılıb və qərar qəbul edilib.
Qərarda deyilir ki, Azərbaycan Konstitusiyasının 60-cı maddəsinin I hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3–4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur.
