Yanvarın 17-də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təyin edilmiş yeni hakimlərlə görüş keçirilib.
E-huquq.az xəbər verir ki, məhkəmənin sədri İslam Əliyev yeni hakimlər Fariz Əlizadə və Ayşən Sultanova Məmmədovanı kollektivə təqdim edib.
Sədr onlara məhkəmə fəaliyyətinin səmərəliliyinin, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı öz tövsiyələrini verərək işlərində uğurlar arzulayıb.


