- 23 İyun 21:14
Yanvarın 18-də Suraxanı Rayon Məhkəməsinə yeni təyin olunan hakimlərlə görüş keçirilib.
E-huquq.az-ın məlumatına görə, məhkəmənin sədri Rasim Kazımov yeni təyin olunan hakimləri kollektivə təqdim edib.
O, yeni təyin olunan hakimlərə peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 12 yanvar 2023-cü il tarixli Sərəncamı ilə Kərimov Namiq Həsrət oğlu, Mirzəyeva Firuzə Fuad qızı və Mirzəyeva Ünsüyyət Hacımehdi qızı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə hakim təyin olunublar.
Xəyalə Bünyatova