Sumqayıt Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin dövriyyəsində ittiham edilən İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu barədə e-huquq.az-a İ.Əliyevin vəkili Könül Qədimalıyeva məlumat verib.
O bildirib ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verib.
Qeyd edək ki, İ. Əliyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülmüşdü.
Xəyalə Bünyatova
