Azərbaycanda məhkəmə-hüquq sistemində müasir informasiya texnologiyalarının tətbiq olunduğu ilk məhkəmə komplekslərindən biridə Şəki Məhkəmə Kompleksidir.
E-huquq.az xəbər verir ki, bu kompleksdə məhkəmə istifadəçilərinə layiqli xidmət göstərilməsi məqsədilə bütün lazımı şərait yaradılmış və ən yeni informasiya avadanlıqları quraşdırılmışdır.
Məhkəmə proseslərində iştirak etmək üçün Şəki Məhkəmə Kompleksinin inzibati binasına gələn vətəndaşlar məhkəmə iclaslarının vaxtı və hansı məhkəmə iclas zalında keçirilməsi barədə məlumatı kompleksin inzibati binasının birinci mərtəbəsində quraşdırılmış “Kindermann” informasiya köşkündən istifadə edərək çox asanlıqla əldə edə bilərlər.
“Kindermann” informasiya köşkündən istifadə qaydasını Sizlərə təqdim edirik.
• İlk olaraq informasiya köşkünün mavi ekranından məhkəmənin adı seçilir.
• İkinci addımda işin növü və ya işə baxan tərkib (kollegiya) və daha sonra işin növü seçilir.
• Son addımda işə baxan hakimin adı, tərəfin adı və ya məhkəmə iclasının hansı tarixdə keçiriləcəyi açılan səhifədə müfaviq bölmələrdə qeyd edilir və “Axtar” düyməsi sıxılır.
• Ən sonda isə “Əsas səhifə” düyməsindən istifədə etməklə başlanğıc informasiya ekranına geri qayıtmaq mümkündür.
