"Mahal konstruktion” Mənzil Tikinti Kooperativi barədə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti orqan tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə, şirkət iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimələnə bilər.
Eltac Nurullazadə
