Oğurluqda təqsirləndirilən Səbinə Ağayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, cinayət işi materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq.
Xatırladaq ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Cavid prospektində yerləşən bir gözəllik salonundan içərisində 470 manat olan cüzdan və bir mağazadan 110 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb. Onun barədində cinayət işi açılıb.
Eltac Nurullazadə
