Məzmuna keç

Quba Rayon İcra Hakimiyyəti cərimə edilə bilər

Dövlət Yol Polisi Quba Rayon İcra Hakimiyyəti barəsində inzibati protokol tərtib edib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, icra hakimiyyəti İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsinin tələblərini pozmaqda ittiham edilir. Protokol baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.

İddia təmin edilərsə, Quba Rayon İcra Hakimiyyəti 300 manat məbləğində cərimə edilə bilər.

Eltac Nurullazadə