Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən İraq vətəndaşları – Xan Səddam Hüseyn və Xan Zeşan barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, toplanan cinayət işi materialları baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilib. İş hakim Əli Cəlilovun sədrliyi ilə araşdırılır.
Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddəsi ilə cinayət işi açılıb.
Eltac Nurullazadə
