Məzmuna keç

Yasamal Rayon Məhkəməsi məlumat yaydı

Yasamal Rayon Məhkəməsi 16 yanvar – 22 yanvar 2023-cü il tarixə baxılan işlər üzrə icmalı təqdim edib.

E-huquq.az-ın məlumatına görə, ötən həftə ərzində məhkəmənin icraatına 7 cinayət işi daxil olub.

İnzibati xətalara dair işlər üzrə məhkəmənin icraatına 147 iş daxil olub ki, onlardan 27 iş üzrə yekun məhkəmə aktı çıxarılıb, digərləri isə icraatdadır.

Bundan başqa, 23 prosessual məcburiyyət tədbirinin tətbiqi və 21 əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə təqdimat məhkəməyə daxil olub.

Məhkəmənin icraatına daxil olmuş prosessual məcburiyyət tədbirlərinin tətbiqi üzrə təqdimatlardan 13-ü həbs qətmkan tədbirinin seçilməsi, 10-u həbsdə saxlama müddətinin uzadılması olub.

Məhkəmənin icraatına 70 mülki iş daxil olub ki, onlardan 25 iş sadələşdirilmiş icraat qaydasında, 1-i xüsusi icraat qaydasında, 44-ü iddia icraatı qaydasında verilib.

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində ötən həftə ərzində 13 cinayət işinə baxılıb, 12 cinayət işi üzrə ittihamedici hökm çıxarılıb 1 cinayət işi üzrə icraata xitam verilib.

Bundan başqa, 59 mülki işə mahiyyəti üzrə baxılmış və qətnamə çıxarılıb. Onlardan 7-i rədd edilib, 36-sı təmin edilib, 16-sı qismən təmin edilib.

29 iş üzrə yekun məhkəmə aktı sayılan qərardad çıxarılıb.