Yasamal Rayon Məhkəməsində CEPEJ alətlərinin məhkəmə sistemində tətbiqi təcrübəsi müzakirə olundu - FOTO


  • 24 Yanvar 2023 11:31

Yanvarın 24-də Bakı şəhəri Yasamal Rayon Məhkəməsində Avropa Şurasının və Avropa İttifaqının “Şərq Tərəfdaşlığında məhkəmə islahatları səylərinin nəticələrinin daha yaxşı qiymətləndirilməsinə dəstək (Justice Dashboard EaP)” Birgə Layihəsi çərçivəsində tədbir keçirilib.

E-huquq.az-ın məlumatına görə, tədbir iştirakçıları CEPEJ alətlərinin məhkəmə sistemində tətbiqi təcrübəsini müzakirə etmiş və bununla əlaqədar statistik məlumatlarla tanış olublar.

Tədbirin sonunda nümayəndə heyəti Yasamal Rayon Məhkəməsində yaradılmış şəraitlə tanış olub, məhkəmənin arxivi, kitabxanası, məhkəmə iclas zalları ilə tanış edilib.

Elektron Məhkəmə İnformasiya sistemi ilə əlaqədar nümayəndə heyətinin sualları ətraflı cavablandırılıb.

Oxşar xəbərlər