Ədliyyə naziri: "Hakimlərin, prokurorların vicdanı qanunlara bağlı olmalıdır"


  • 25 Yanvar 2023 20:05

"Hakimlərin, prokurorların vicdanı qanunlara bağlı olmalıdır".

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Ədliyyə Akademiyasında yeni tədris dönəminin açılışında çıxış edərkən deyib.

Nazir hakim və prokuror vəzifəsinə namizəd olan gənclərə müraciət edərək onları gələcək fəaliyyətlərində ədalətli olmağa çağırıb.

"Hakim və ya prokuror kimi fəaliyyətiniz 40-50 il ola bilər. Əsas odur ki, həmişə əldalətli olun. Atdığınız hər addımda ədalətli olmaq və ədalətli qərar vermək, şübhəsiz ki, birinci prinsipiniz olmalıdır. Hakim və prokurorların vicdanı Konstitusiyaya, qanunlara bağlanmalı olmalıdır. Unutmayın ki, məhkəmələr qapısını heç kimin üzünə bağlaya bilməz. Hakimlər və prokurorlar qapıları bağlayıb gizlənməklə, vətəndaşlarla, vəkillərlə görüşməməklə öz qərəzsizliyini, müstəqilliyini təmin edə bilməzlər. Vətəndaşları, vəkilləri dinləmək hakimə zərər verməz, əksinə onu ucaldar. Bu, nə qərəzsizliyinizə, nə müstəqilliyinizə xələl gətirmir. Qərəzsizliyi təmin edən yeganə ədalətli qərarınızdır", - deyə o bildirib.

Eltac Nurullazadə

Oxşar xəbərlər