“Azərsu” barədə apellyasiya şikayəti verildi


  • 27 Yanvar 2023 14:58

"Azoyl" şirkəti “Azərsu” ASC barədə məhkəməyə müraciət edib.

E-huquq.az-ın məlumatına görə, şirkət “Azərsu" barədə maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələrə dair iddia qaldırıb.

Birinci instansiya məhkəməsi "Azoyl"un iddiasını təmin etməyib. Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Vüsalə Baxışovanın sədrliyi ilə baxılacaq.

Eltac Nurullazadə

Oxşar xəbərlər