Məzmuna keç

Bakda evdən oğurluq etməkdə şübhəli bilinən şəxsə hökm oxunacaq

Bakıda evdən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Azər Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Hakim Zaur Tağıyevin sədrliyi ilə aparılacaq məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, paytaxtın Binə qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər RPİ-nin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini Azər Rəhimov müəyyən olunaraq saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə