Məzmuna keç

Metroda cibgirliklə məşğul olan şəxslə bağlı qərar veriləcək

Oğurluqda təqsirləndirilən Adil Paşayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakim Rauf Daşdəmirovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon və pul oğurlamaqda şübhəli bilinən1990-cı il təvəllüdlü Adil Paşayev saxlanılıb. Onun barəsində cinayət işi açılıb.

Eltac Nurullazadə