Qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Vüqar Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Dadaş İmanovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Vüqar Vəliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb. V.Vəliyev barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
