Məzmuna keç

Bakıda arvadını bıçaqlayıb, qayınanasını döyən şəxs Ali Məhkəməyə müraciət etdi

Arvadını bıçaqlamaqda və qayınanasını döyməkdə təqsirləndirilən Elzamin Ağayev barəsindəki qərardan kassasiya şikayəti verib.

E-huquq.az-ın məlumatına görə, o, Ali Məhkəməyə müraciət edərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayətə hakim Əziz Seyidovun sədrliyi ilə baxılacaq.

İttihama görə, hadisə bu il martın 4-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 1” yaşayış kompleksində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Elzamin Ağayev həyat yoldaşı Minayə Ağayeva və onun anası Zülfiyyə Nəcəfova ilə ailə münaqişəsi zəminində mübahisə edib. Daha sonra o, arvadını mətbəx bıçağı ilə bıçaqlayıb, qayınanasını döyüb. Xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olub. Polis əməkdaşı tərəfindən saxlanılan E.Ağayev barəsində Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Eltac Nurullazadə