Məzmuna keç

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən qadın sürücü hakim qarşısına çıxarılır

Bakıda piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Türkanə İbrahimovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Rəfail Sadıxovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası fevralın 14-nə təyin olunub.

Qeyd edək ki, hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib. Qadın sürücü idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə yolu keçən qadın piyadanı vurub. Piyada aldığı ağır xəsarətlər nəticəsində ölüb. Sürücü barədə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə