Gəncə Apellyasiya Məhkəməsinin sədri vətəndaş qəbulu keçirdi - FOTO


  • 6 Fevral 2023 21:53

Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov fevralın 3-də məhkəmə fəaliyyəti ilə bağlı Ağstafa rayonunda vətəndaşları Ağstafa Rayon Məhkəməsinin inzibati binasında qəbul edib.

E-huquq.az xəbər verir ki, vətəndaşların qəbulundan əvvəl Ulu Öndər Heydər Əliyevin Ağstafa rayonunun mərkəzində ucaldılmış abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Qəbulda vətəndaşlar konkret məhkəmə və icra işləri üzrə onları narahat edən məsələləri məhkəmə sədrinin diqqətinə çatdırmış və qanuna müvafiq həll olunması üçün köməklik göstərilməsini xahiş ediblər.

Qəbula gələn vətəndaşların hər biri Gəncə Apellyasiya Məhkəməsinin sədri tərəfindən dinlənilib, sədr tərəfindən vətəndaşların müraciətlərində qaldırılan və onları narahat edən məsələlər diqqətlə araşdırılıb, bilavasitə məhkəmənin səlahiyyətlərinə aid və məhkəmənin icraatındakı işlərlə, habelə məhkəmə qərarlarının icrası problemləri ilə bağlı olan müraciətlər üzrə vətəndaşlara müvafiq izahlar verilmiş və əməli köməklik göstərilib.

Vətəndaşların qəbulundan sonra Gəncə Apellyasiya Məhkəməsinin sədri Ağstafa Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub, məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmləndirilməsinə nail olunması ilə bağlı hakimlərə və məhkəmə işçilərinə öz tapşırıq və tövsiyyələrini verib.

Oxşar xəbərlər