Şirvan Apellyasiya Məhkəməsinin sədri vətəndaş qəbulu keçirəcək


  • 9 Fevral 2023 17:50

Fevralın 28-də Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev Biləsuvar Rayon Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edəcək.

E-huquq.az-ın məlumatına görə, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulu saat 10:00-da başlayacaq.

Vətəndaşlar Şirvan Apellyasiya Məhkəməsinin (02121) 5-63-51, (055) 211-94-14 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də Şirvan Apellyasiya Məhkəmənin sosial şəbəkələrdəki səhifələri (facebook və instagram) vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Biləsuvar Rayon Məhkəməsinin əlaqə telefonları: (025-29) 5-22-14, (051) 666-44-99

Elektron poçt: [email protected]

Cəbrayıl Rayon Məhkəməsinin əlaqə telefonları: (026-38) 4-34-82, (050) 335-80-22

Elektrin poçt: [email protected]

Oxşar xəbərlər