Məzmuna keç

İnstitut “Kontinent İnşaat”ı məhkəməyə verdi

S.Ə.Dadaşov adına elmi-tədqiqat və layihə-Konstruktor inşaat materialları institutu “Kontinent İnşaat” MMC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, şirkətə qarşı podrat müqaviləsi üzrə mübahisələrlə bağlı tələb irəli sürülüb.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtrı hələlik məlum deyil.

Eltac Nurullazadə