Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
E-huquq.az-ın məlumatına görə, təltif edilənlər arasında Ali Məhkəmənin Kollegiya sədrləri də var.
Sərəncama əsasən, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev, İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov, Kommersiya Kollegiyasının sədri Kəmalə Abıyeva və Cinayət Kollegiyasının sədri Hafiz Nəsibov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.
