Məzmuna keç

Sədr: “Ali Məhkəmə qanunyaradıcı fəaliyyətdə yaxından iştirak edir”

"Ali Məhkəmə olaraq biz qanunyaradıcı fəaliyyətdə də yaxından iştirak edirik. Təcrübədə qarşılaşdığımız bir çox problemləri həll etmək üçün qanunvericiliyə edilmiş bir sıra mühüm dəyişikliklər məhz bizim təşəbbüsümüz əsasında baş verib".

E-huquq.az xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, müasir cəmiyyətdə ortaya çıxan yeni çağırışlar Ali Məhkəmədən yeni yanaşmalar tətbiq etməyi tələb edir.

"Bütün bunların insan hüquqlarının müdafiəsinə yönəlmiş ən qabaqcıl standartların milli sistemlərə gətirilməsində, eləcə də hüququn üstünlüyünü təmin edəcək mexanizmlərin işlək və səmərəli olmasında mühüm rolu olmalıdır. Bunun üçün isə Ali Məhkəmə tarixi inkişaf prosesində qazanılmış uğurları qorumaqla yanaşı, həm də ortaya çıxan yeni çağırışları nəzərə almaqla özünü davamlı yeniləməli, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı yaranan problemlərə həllər tapmalı, eləcə də yeni problemlərə uyğun məhkəmə siyasətini uyğunlaşdırmalıdır", – deyə R.Rzayev qeyd edib.

Xəyalə Bünyatova