Məzmuna keç

Ali Məhkəmənin sədri: “Avropa Məhkəməsi ilə çox yaxşı əməkdaşlıq edirik”

"Azərbaycan Avropa Məhkəməsi ilə çox yaxşı əməkdaşlıq edir".

E-huquq.az-ın məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərə açıqlamasında deyib.

"Bu gün Azərbaycan məhkəmələrində hakimlər işlərə baxarkən Avropa Məhkəməsinin qərarlarını rəhbər tuturlar. Avropa Məhkəməsi ilə əməkdaşlıq həm məhkəmə sisteminin inkişafına, həm insanların hüquqlarının qorunmasına öz töhfəsini verir", – deyə sədr bildirib.

Xəyalə Bünyatova