Məzmuna keç

Çingiz Əsgərov: “Azərbaycan Ermənistana qarşı 3 dövlətlərarası şikayət göndərib”

"Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə Ermənistana qarşı 3 dövlətlərarası şikayət göndərib".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin şikayətlərin ikisi birləşdirilərək bir icraatda baxılır: “İlk əsas şikayət müharibədən dərhal sonra, 2021-ci ilin yanvar ayında göndərilib. 6 ay sonra isə minalarla bağlı şikayət göndərmişik. Növbəti şikayət isə 2022-ci ilin sonlarında Laçın şəhərinin Zabux və Sus kəndlərində ermənilər tərəfindən törədilmiş cinayət əməlləri ilə bağlı göndərilib. Sonuncu şikayətlə bağlı hələ ki, icraat başlamayıb. Lakin birinci şikayətlə bağlı icraat başlanılıb, tərəflərin mövqeləri artıq Avropa Məhkəməsinə bildirilib. Biz gözləyirik ki, Avropa Məhkəməsi bu il ərzində heç olmasa, bu şikayətin mümkünlüyü ilə bağlı qərar qəbul etsin və biz artıq mahiyyət üzrə öz dəlillərimizi təqdim edək”.

Xəyalə Bünyatova