Məzmuna keç

Ali Məhkəmənin sədr müavini: “Ermənistan ekoloji cinayətlərə görə məsuliyyətə cəlb olunacaq”

"Ermənistan tərəfindən Qarabağda törədilən ekoloji cinayətlərlə bağlı Xarici işlər nazirliyi tərəfindən çox perspektivli şikayət göndərilib".

E-huquq.az-ın məlumatına görə, bunu Ali Məhkəmənin sədr müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin şikayətə beynəlxalq konvensiya çərçivəsində baxılacaq: “Biz əlbəttə ki, ermənilər tərəfindən törədilmiş ekoloji cinayətləri sübut edəcəyik və onlar məsuliyyətə cəlb olunacaq”.

Xəyalə Bünyatova