"Məhkəmə fəaliyyəti ilə bağlı bütün məsələlərin tənzimlənməsində Azərbaycan Ali Məhkəməsi fəal iştirak edir".
E-huquq.az xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Ali Məhkəmənin sədri, habelə məhkəmənin 2 hakimi Məhkəmə-Hüquq Şurasının, daha 2 hakimi isə Hakimlərin Seçki Komitəsinin üzvü olmaqla bu sahədə qərarların qəbulunda birbaşa iştirak edirlər.
"Komitənin ilk sədri də məhz Ali Məhkəmənin hakimi seçilib. Bununla yanaşı, hakimlərin məsuliyyət hissinin artırılmasında Ali Məhkəmə mühüm rola malik olmaqla məhkəmə səhvlərinin profilaktikasında prinsipial və təsirli mövqe göstərir, kobud pozuntulara qarşı intizam icraatını təşviq edir, digər tədbirlər görür", – deyə nazir qeyd edib.
Xəyalə Bünyatova
