"Ali Məhkəmənin tərkibi 70% təzələnib".
E-huquq.az xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Ali Məhkəmə həm də məhkəmə sistemi üçün böyük kadr ehtiyatı rolu oynayır.
"Belə ki, Ali Məhkəmənin hakimləri apellyasiya instansiyası məhkəmələrinin, habelə mühüm birinci instansiya məhkəmələrinin sədrləri vəzifəsinə təyinat alıblar", – deyə nazir qeyd edib.
Xəyalə Bünyatova
