Məzmuna keç

Bakı Apellyasiya Məhkəməsi prokurorluğun protestini təmin etmədi, bəraət hökmü qüvvədə saxlanıldı

Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Mahir Səmədovun (şərti ad-soyad) barəsində olan hökmdən verilən apellyasiya protestinə baxılıb.

Vəkil İbrahim Hüseynovun e-huquq.az-a verdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı bəraət hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən M.Səmədovun təqsiri sübuta yetirilmədiyindən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə şəxs barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan ittiham tərəfi apellyasiya protesti verərək sözegedən hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.

Şəbnəm Mehdizadə