Bərdədə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Aysu Çərkəzlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıpb
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Abdulla Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələllik məlum deyil
Qeyd edək ki, hadisə ötən il iyulun 29-da baş verib. Belə ki, Bərdə rayonu Şorəli kənd sakini 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin arvadı, 1994-cü il təvəllüdlü Aysu Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Nurlan Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Aysu Çərkəzliyə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
