Məzmuna keç

Türkiyə şirkətinin Azərbaycandakı filialı barədə protokol tərtib olundu

Türkiyənin "Aslanoğullari Endüstriyel Mutfak Tesisat İmalat Gida Tekstil İthalat İhracat Sanayi ve Ticaret LTD" şirkətinin Azərbaycandakı filialına cərimə yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barədə Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, şirkət xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə